Bank Of Baku

Belarus Rusiyanın tranzit qazından istifadə etməyə başlayıb - YENİLƏNİB

Belarus Rusiyanın tranzit qazından istifadə etməyə başlayıb - <font color=red>YENİLƏNİB</font>
# 23 iyun 2010 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus hökuməti Rusiyanın “Qazprom” şirkətinə məktub göndərərək, Rusiyanın tranzit qazından istifadə etməyə başladığını bəyan edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Belarus baş nazirinin müavini Vladimir Semaşko məlumat verib. Onun sözlərinə görə, bu qərar qaz nəqli sistemini işlək vəziyyətdə saxlamaq məqsədilə qəbul olunub.

Xatırladaq ki, iyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Buna cavab olaraq Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qazının Avropa İttifaqı ölkələrinə tranzitinin dayandırılması barədə göstəriş verib. Məhdudlaşdırma srağagün 15%-lə, dünən 30%-lə həyata keçirilib, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 187-193 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma Rusiya qazının tranzit haqqı olaraq əvvəlcə “Qazprom” şirkətinin 217 mln. dollar ödəməli olduğunu bildirir.

Qeyd edək ki, “Rossiya-24” tekekanalı «Qazprom» ASC-nin sədri A.Millerə istinadən bu gün səhər xəbər yayıb ki, “Qazprom” Belarusa nəql olunan qazın həcmini daha 30% azaldaraq, məhdudiyyəti 60%-ə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR