Bank Of Baku

Belarus cari ilin may ayında Rusiyadan aldığı qaza görə borcunu ödəyib

Belarus cari ilin may ayında Rusiyadan aldığı qaza görə borcunu ödəyib
# 23 iyun 2010 10:58 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin mətbuat xidməti açıqlama yayıb.

Qaz inhisarçısı bəyan edib ki, Belarus cari ilin əvvəlindən aldığı qaza görə daha 192 mln. dollar ödəməlidir.

Xatırladaq ki, iyunun 21-dən etibarən Rusiyadan Belarusa qaz nəqlinin azaldılmasına başlanıb. Buna cavab olaraq Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qazının Avropa İttifaqı ölkələrinə tranzitinin dayandırılması barədə göstəriş verib. Məhdudlaşdırma srağagün 15%-lə, dünən 30%-lə, bu gün 60%-lə həyata keçirilib, lakin bu göstərici 85%-dək artırıla bilər. Hazırda Belarusun Rusiyadan aldığı qaza görə borcu müxtəlif hesablamalara əsasən 187-193 mln. dollar təşkil edir. Belarus tərəfi borcunu inkar etmir, amma Rusiya qazının tranzit haqqı olaraq əvvəlcə “Qazprom” şirkətinin 217 mln. dollar ödəməli olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR