Bank Of Baku

Reynhard Mitçek: «Avropa «Nabucco» kəmərilə Azərbaycan, Türkmənistan, İraq və Misirdən təbii qaz almaqda maraqlıdır»

Reynhard Mitçek: «Avropa «Nabucco» kəmərilə Azərbaycan, Türkmənistan, İraq və Misirdən təbii qaz almaqda maraqlıdır»
# 23 iyun 2010 12:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek (Reinhard Mitschek) bildirib.

Onun sözlərinə görə, Avropa «Nabucco» kəməri vasitəsilə Türkmənistan, İraq, Azərbaycan və Misir kimi ölkələrdən təbii qaz almaqda maraqlıdır ki, bu ölkələrdən artıq ilk razılıq alınıb: «İranın isə bu layihədə iştirakı müzakirə mövzusu deyil».

Sözügedən kəmərin Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün unikal şərait yaradacağını bildirən R.Mitçek onu da qeyd edib ki, «Nabucco» Azərbaycandan «Şahdəniz» layihəsininin ikinci fazası ilə yanaşı «Naxçıvan» və «Abşeron» kimi strukturlardan da hasil olunacaq təbii qazı gözləyir. Türkmənistandan isə Avropaya bu kəmər vasitəsilə ildə 10 mlrd. kubmetr qazın alınması planlaşdırılır.

«Biz layihə çərçivəsində nəqletmə marşrutlarının diversifikasiyasını dəstəkləyirik və gələn ilin əvvəlinədək kəmərin inşasına başlanması üçün bütün prosseslər tamalanacaq», - deyə R.Mitçek bildirib.

«Nabucco Gas Pipeline International GmbH.» şirkətinin rəhbəri onu da qeyd edib ki, kəmərin illik nəqletmə gücü 31 mlrd. kubmetr təşkil edəcək və ilk mərhələdə kəmər vasitəsilə ildə 10-15 mlrd. kubmetr mavi yanacaq nəql olunacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR