Bank Of Baku

Dünya üzrə qaza olan tələbat qlobal böhrana qədərki səviyyəsinə 2012-ci ildə çatacaq

Dünya üzrə qaza olan tələbat qlobal böhrana qədərki səviyyəsinə 2012-ci ildə çatacaq
# 23 iyun 2010 15:57 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya üzrə qaza olan tələbat qlobal böhrana qədərki səviyyəsinə 2012-ci ildə çatacaq. “APA-Economics”in xəbərinə görə, Beynəlxalq Enerji Agentliyinin (BEA) ekspertləri belə hesab edirlər.

Onların fikrincə, dünyanın digər regionları ilə müqayisədə Avropada qaz istehlakı daha yavaş templə gedəcək. BEA-da hesab edirlər ki, qaz bazarında iki yeni amil meydana gəlib – qeyri-ənənəvi mənbələrdən hasilatın sürətlə artması və maye qazın istehsal gücünün artırılması. Qeyri-ənənəvi hasilat mənbələrinin inkişafı 2009-cu ildə ABŞ-ı dünyada qaz istehsalı üzrə birinci yerə çıxarıb.

2013-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı daxilində qaza olan tələbat 2008-ci il göstəricisini 2% qabaqlayaraq 1,6 trln. kubmetrə çatacaq. Bu artımın əsas payı Şimali Amerika və Sakit okean regionlarının payına düşəcək.

Avropa isə 2013-cü ildə qaz istehlakına görə 2007-ci il səviyyəsinə çatacaq. Qaza olan tələbatın ildə 10% artdığı Çinin istehlak etdiyi mavi yanacağı həcmi, BEA-nın hesablamalarına əsasən, 2015-ci ildə 150 mlrd. kubmetr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR