Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti şəhər və rayonların qaz təsərrüfatında yenidənqurma işləri aparır

Azərbaycan Dövlət Neft Şirkəti şəhər və rayonların qaz təsərrüfatında yenidənqurma işləri aparır
# 24 iyun 2010 06:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarının qaz təsərrüfatında yenidənqurma işləri aparır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yenidənqurma tədbirləri çərçivəsində paytaxtın Binəqədi, Xəzər, Sabunçu, Xətai, Nizami, Qaradağ rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və qaz sayğaclarının fərdi həyətlərdən çıxarılması işləri aparılır. Tədbirlərə uyğun olaraq, 2009-2010-cu illər ərzində 260 kilometrlik müxtəlif diametrli boru xəttləri quraşdırılıb. Bu il Bakı şəhərində yeni qeydiyyata alınmış 16 559, respublikanın regionlarında yeni qeydiyyata alınmış 22 827 əhali abonentinə təbii qazın verilməsi təmin olunub. Bundan əlavə, Abşeron rayonunun Qobu, Fatmai, Saray, Çaylı, Qobustan, Masazır, Ceyranbatan, Atyalı, Nübar, Aşağı Güzdək kəndlərinin qaz təchizatının yaxşılaşdırılması və qazlaşdırılması məqsədi ilə diametrli 260,3 km olan qaz kəmərləri quraşdırılıb.

Ümumilikdə, Bakı şəhərində 31 929, respublikanın regionlarında 22 345, Naxçıvan MR-da isə 346 ədəd qaz sayğacı quraşdırılıb. Respublika ərazisində müxtəlif diametrli 196,4 km qaz boru xətti əsaslı təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR