Bank Of Baku

Rusiya Belarusa qaz nəqlini tam həcmdə bərpa edib

Rusiya Belarusa qaz nəqlini tam həcmdə bərpa edib
# 24 iyun 2010 08:38 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller Rusiya prezidenti Dmitri Medvedevə telefonla məlumat verib.

Rusiya prezidentinin mətbuat katibi Natalya Timakovanın sözlərinə görə, A.Miller D.Medvedevə Belarusun qaz borcunu müqaviləyə əsasən tam həcmdə ödədiyini bildirib.

Rəsmi Minsk bu gün Bakı vaxtı ilə saat 12:00-dək Rusiya qazının Belarus ərazisindən Avropaya tranzitinə görə “Qazprom”un borcunu ödəməsini gözləyir. Əks halda, Rusiya qazının Avropa İttifaqı ölkələrinə nəqli dayandırılacaq. Rusiyanın Belarusa olan borcu 260 mln. dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR