Bank Of Baku

Bakıda bərpa olunan enerji üzrə beynəlxalq forum keçiriləcək

Bakıda bərpa olunan enerji üzrə beynəlxalq forum keçiriləcək
# 24 iyun 2010 10:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin keçirilməsi əsasən ekoloji təmiz texnologiyaların inkişafı, Qafqaz regionunda bərpa olunan enerji sahəsinə investisiya yatırımına neft-qaz şirkətləri, bank və investisiya institutlarının cəlb edilməsi məqsədi daşıyır.

Forumda müzakirə ediləcək mövzular sırasında sahəyə aid olan qanunvericilik, maliyyələşdirmə mənbələri, Qafqaz regionunun iqlim şəraiti və onların bərpa olunan enerji sahəsinə yararlı olması, ekoloji təmiz texnologiyalar və ekoloji biznes yer tutur.

Forumda regional və beynəlxalq hökumət təşkilatları, bu sahədə fəaliyyət göstərən kommersiya təşkilatları, banklar, konsaltinq və investisiya institutlarının iştirakı gözlənilir.

Tədbirin əsas təşkilatçısı rolunda Avropa Menecment Akademiyası çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR