Bank Of Baku

IDB Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır

IDB Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır
# 24 iyun 2010 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İslam İnkişaf Bankı (IDB) Azərbaycanla elektrik enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. «APA-Economic»sin məlumatına görə, bu barədə bankın Bakıda keçirilən Direktorlar Şurasının 35-ci İllik Toplantısının (iyunun 23-24-də) yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə qeyd olunub ki, hazırda IDB ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, IDB Mingəçevir və Xaçmazda elektrik stansiyalarının inşası layihələrinin maliyyələşdirilməsində iştirak edib: «Biz «Azərenerji» ASC ilə sıx əməkdaşlıq edirik və Azərbaycanda elektrik enerji sisteminin inkişafı və paylayıcı sistemin yaxşılaşdırılmasında da əməkdaşlıq etməyə hazırıq».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycanda 30-a yaxın layihənin icrası üçün 500 mln. ABŞ dollarından artıq vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR