Bank Of Baku

Azərbaycan yanvar-may aylarında neft məhsullarının istehsalını 14% artırıb

Azərbaycan yanvar-may aylarında neft məhsullarının istehsalını 14% artırıb
# 25 iyun 2010 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında 14,4% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə əsas məhsulların istehsalında əhəmiyyətli dərəcədə artım qeydə alınıb, dizel yanacağının istehsalı 8,9% artaraq 1 020,4 min ton, avtomobil benzinin istehsalı 3,7% artaraq 494,9 min ton, sürtgü yağlarının istehsalı 2,7 dəfə artaraq 27,2 min ton olub. Beş ay ərzində 251,4 min ton ağ neft, 71,5 min ton neft bitumu istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 46,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 17,4%-i qədər hazır məhsul olub.

Bununla yanaşı, 2010-cu il iyunun 1-i vəziyyətinə əsas istehlakçılarda 338,2 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% az mazut yanacağı, 13,6 min ton və ya 12,8% az dizel yanacağı, 16,4 min ton və ya 5,1% çox avtomobil benzini, 1,6 min ton və ya 14,3% çox sürtgü yağları, 5,5 min ton və ya 5,7% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR