Bank Of Baku

ARDNŞ-ın Ekologiya İdarəsi Bakı buxtasında ekoloji monitorinq aparıb

ARDNŞ-ın Ekologiya İdarəsi Bakı buxtasında ekoloji monitorinq aparıb
# 26 iyun 2010 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyasının əməkdaşları Xəzər Dəniz Neft Donanmasının «MPK 452» elmi-tədqiqat gəmisi vasitəsi ilə buxta ərazisində ekoloji monitorinq keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı seçilmiş stansiyalardan dib çöküntüləri, müxtəlif dərinliklərdən su nümunələri götürülüb, eləcə də həmin stansiyaların radiasiya fonu ölçülüb. Götürülmüş nümunələr fiziki-kimyəvi, hidroloji və bioloji cəhətdən tədqiq olunmaq üçün İdarənin Kompleks Tədqiqatlar Laboratoriyasına verilib. Aparılan tədqiqatlar nəticəsində Bakı buxtasında çirkləndirici maddələrin – neftin, neft məhsullarının, fenolların qatılıqları, biogen elementlərin miqdarı, ağır metallar, fitoplanktonlar, zoobentos və mikroorqanizmlər, poliaromatik karbohidrogenlər və səthi aktiv maddələrin miqdarı müəyyən olunacaq. Alınmış nəticələr əsasında buxtanın təmizlənməsi üçün yeni tövsiyələr hazırlanacaq.

Qeyd edək ki, ARDNŞ-ın Ekologiya İdarəsi tərəfindən Abşeron yarımadasının bütün sahil zolağı boyunca bu cür monitorinq işlərinin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR