Bank Of Baku

Azərbaycan kimya sənayesində məhsul istehsalı kəskin artıb

Azərbaycan kimya sənayesində məhsul istehsalı kəskin artıb
# 28 iyun 2010 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 110,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 2,2 dəfə, rezin və plastmas məmulatları istehsalında 15,2% artım, əczaçılıq məhsullarının istehsalında isə 5% azalma olub.

Əsas kimya məhsullarından propilenin istehsalında 2,2 dəfə, polietilenin istehsalında 2,8 dəfə, izopropil spirtinin istehsalında 2,3 dəfə, lak-boya məmulatlarının istehsalında 16,4% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı 3,2 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR