Bank Of Baku

BP: Meksika körfəzində baş verən neft axınının vurduğu zərərin həcmi 2,65 mlrd. dollara çatıb

BP: Meksika körfəzində baş verən neft axınının vurduğu zərərin həcmi 2,65 mlrd. dollara çatıb
# 28 iyun 2010 09:40 (UTC +04:00)
Bakı - APA. Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində baş verən neft axınının nəticələrinin aradan qaldırılmasına bu günədək 2,65 mlrd. dollar xərcləyib.

APA-nın xəbərinə görə, şirkətin mətbuat üçün yaydığı açıqlamada bildirilir ki, artıq şirkətə qarşı 80 min iddia qaldırılıb, onlardan 41 mini 128 mln. dollar təzminat tələb edir.

Xatırladaq ki, BP-nin Meksika körfəzindəki platforması aprelin 22-də 36 saatlıq yanğından sonra batıb. Bu zaman baş verən partlayış 11 nəfərin həyatına son qoyub. Bölgədə ekoloji fəlakətə səbəb olan neft axını hazırda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR