Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi son bir ildə 53% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi son bir ildə 53% artıb
# 29 iyun 2010 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 68,5 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 53,2%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 3,9% artıb.

Yanvar-may ayları ərzində bu sahədə 56,4 min ton və ya 2,7 dəfə çox polad tökmə, 57,3 min ton və ya 2 dəfə çox armatur, 361,4 ton və ya 3,7 dəfə çox məftil istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR