Bank Of Baku

Mixail Qutseriyev yenidən “Russneft”in prezidenti seçilib

Mixail Qutseriyev yenidən “Russneft”in prezidenti seçilib
# 29 iyun 2010 08:01 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Russneft” şirkətinin səhmdarları onun qurucusu Mixail Qutseriyevi yenidən prezident seçiblər. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Səhmdarların digər qərarı ilə “Russneft”in əvvəlki prezidenti Oleq Qordeyevin səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, baş ofisi Moskvada yerləşən “Russneft” 2002-ci ilin sentyabrında yaradılıb. 2007-ci ildə şirkətin qurucusu olan Mixail Qutseriyevlə Kreml arasında münasibətlər gərginləşib. Barəsində həbs-qətimkan tədbiri seçildiyindən o, şirkəti 3 mlrd. dollara digər rusiyalı oliqarx Oleq Deripaskaya sataraq Böyük Britaniyada sığınacaq tapıb. Bu ilin əvvəlində Kremllə münasibətlərini yoluna qoyan Mixail Qutseriyev Rusiyaya qayıdıb və “Russneft”i 1 mlrd. dollara Oleq Deripaskadan geri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR