Bank Of Baku

Sabah Göyçayın bəzi ərazilərinin təbii qaz təminatında fasilələr yaranacaq

Sabah Göyçayın bəzi ərazilərinin təbii qaz təminatında fasilələr yaranacaq
# 29 iyun 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyunun 30-da Göyçay rayonunun bəzi ərazilərinin təbii qazla təminatında məhdudiyyətlər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar iyunun 30-da saat 09:00-dan 18:00-dək «Göyçay-1» və «Göyçay-2» Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Göyçay rayonunun mərkəzinə, həmçinin Çayarxı və Botuşıxlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR