Bank Of Baku

«Eurogaz» Azərbaycan qazını Avropaya nəql etmək niyyətindədir

«Eurogaz» Azərbaycan qazını Avropaya nəql etmək niyyətindədir
# 29 iyun 2010 13:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov Bakıda səfərdə olan Fransanın «Gaz de Frans» şirkətinin vitse-prezidenti, «Eurogaz» şirkətinin prezidenti Jan Fransua Sirellinlə görüşüb. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin «APA-Economics»ə verdiyi məlumata görə, görüşdə əsasən «Gaz de Frans» tərəfindən Azərbaycanın «Abşeron» strukturunda aparılacaq kəşfiyyat-qazma işləri müzakirə olunub. Bildirilib ki, şirkət bu yataqda kəşfiyyat və qazma işlərinə 200 mln. ABŞ dolları investisiya yatırmağı planlaşdırır.

J.F.Sirellin qeyd edib ki, «Eurogaz» Azərbaycan qazını alıb Avropaya nəql etmək niyyətindədir. Hazırda təmsil etdiyi şirkətin Avropanın qaz təchizatının 30%-ni təmin etdiyini bildirən J.F.Sirelli Azərbaycanla «Şahdəniz» layihəsinin ikinci fazasında hasil ediləcək qazın alqı-satqısına dair müzakirələr aparacaqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR