Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin başçısı «Gaz de France Suez» şirkətinin vitse-prezidentini qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin başçısı «Gaz de France Suez» şirkətinin vitse-prezidentini qəbul edib
# 30 iyun 2010 07:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan «Gaz de France Suez» şirkətinin vitse-prezidenti Jan Fransua Cirellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə çıxış edən R.Abdullayev Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» strukturunun işlənilməsi layihəsi üzrə «GDF Suez» şirkəti ilə ARDNŞ arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla davam etdiyini vurğulayıb.

J.F.Cirelli isə Fransada fəaliyyət göstərən bütün neft və qaz şirkətlərinin son 20 ildə Azərbaycanda həyata keçirilən genişmiqyaslı enerji layihələrini diqqətlə izlədiklərini söyləyib. «GDF Suez»in vitse-prezidenti «Abşeron» strukturunun işlənilməsi layihəsi üzrə ARDNŞ və «Total» şirkətləri ilə uğurlu əməkdaşlıq imkanlarının daha da genişlənəcəyinə əminliyini ifadə edib. Şirkət rəsmisi bildirib ki, tezliklə «Abşeron» strukturundakı ilk kəşfiyyat quyusunda qazma işlərinə başlanılacaq və Fransa şirkətləri bu işlərin müvəffəqiyyətlə başa çatacağına böyük ümid bəsləyir.

Daha sonra görüşdə Avropada qaz biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. ARDNŞ prezidenti Azərbaycan tərəfinin Xəzər hövzəsində hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan «Cənub dəhlizi» layihəsini dəstəklədiyini dəfələrlə bəyan etdiyini nəzərə çatdırıb. Diversifikasiya imkanlarının genişləndirilməsi çərçivəsində bu istiqamətdə bütün mümkün marşrutların azərbaycanlı ekspertlər tərəfindən diqqətlə nəzərdən keçirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR