Bank Of Baku

Azərbaycan təbii qaz ixracını 29% artırıb

Azərbaycan təbii qaz ixracını 29% artırıb
# 02 iyul 2010 08:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycan 634 621,3 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İxrac olunmuş təbii qazın dəyəri 98 543 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş təbii qazın həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,1%, dəyəri isə 8,6% artıb.

Qeyd edək ki, Azərbaycan hazırda Rusiya, İran, Gürcüstan, Türkiyə və Yunanıstana qaz ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR