Bank Of Baku

İyulun 5-də borclu abonentlərin işığı kəsiləcək

İyulun 5-də borclu abonentlərin işığı kəsiləcək
# 02 iyul 2010 09:43 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyəti bəyan edib ki, borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

«Bakıelektrikşəbəkə» ASC bağ mövsümü ilə əlaqədar bağ evlərinə köçən abonentlərin şəhərdə yaşadıqları mənzillərə görə yaranmış borclarını da ödəmələrini də tələb edib. Səhmdar cəmiyyətindən o da bildirilib ki, artıq belə mənzillərə xəbərdarlıq edilib və bəzilərində hətta son bir neçə ay ərzində bir manatda olsun ödəniş həyata keçirilməyib.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin səhmdar cəmiyyətinin internet saytı (www.bes.az) vasitəsilə «onlayn» rejimdə həyata keçirilir.

Xatırladaq ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını təmin edən «Bakıelektrikşəbəkə» ASC-nin 680 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR