Bank Of Baku

Rusiya qazının Belarus ərazisi ilə tranzit haqqı artırılıb

Rusiya qazının Belarus ərazisi ilə tranzit haqqı artırılıb
# 02 iyul 2010 13:19 (UTC +04:00)
APA-Economics”in “BELTA”ya istinadən xəbərinə görə, bu barədə “Beltransqaz”ın baş direktoru Vladimir Mayorov açıqlama verib.

Sənəd Belarus ərazisi ilə Avropaya nəql olunan Rusiya qazının tranzit haqqının artırılmasını nəzərdə tutur. Sazişə əsasən, hər 1000 kubmetr qazın 100 km-ə nəqli üçün tranzit haqqı 1,45 dollardan 1,88 dollaradək artırılır.

Qeyd edək ki, “Qazprom” bu ilin əvvəlindən Belarus ərazisi ilə Avropaya nəql olunan Rusiya qazının tranzit haqqı olaraq rəsmi Minskə 228 mln. dollar ödəyib. Belarus tərəfi Moskvanın daha 32 mln. dollar ödəməli olduğunu bəyan edib. Rusiya əvvəlcə bundan imtina etsə də, sonda Minskin tələbini qəbul etməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR