Bank Of Baku

ARDNŞ iyun ayında avtomobil benzini ixracını 11,1% azaldıb

ARDNŞ iyun ayında avtomobil benzini ixracını 11,1% azaldıb
# 03 iyul 2010 09:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyun ayında 13 439 ton avtomobil benzini, 100 946 ton dizel yanacağı, 13 348 ton təyyarə yanacağı, 171 ton soba mazutu ixrac edib. Bu barədə APA-ya ARDNŞ-dənməlumat verilib.

May ayı ilə müqayisədə ARDNŞ avtomobil benzini ixracını 11,1%, təyyarə yanacağı ixracını 4%, soba mazutu ixracığını 2,4 dəfə azaldıb, dizel yanacağı ixracını isə 0,1% artırıb.

Ümumilikdə, 2010-cu ilin yanvar-iyun ayları ərzində 79 196 ton avtomobil benzini, 797 474 ton dizel yanacağı, 64 450 ton təyyarə yanacağı, 585 ton soba mazutu ixrac edilib.

İyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 691,27 dollar, təyyarə yanacağının – 686,02 dollar, dizel yanacağının – 650,64 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 435,47 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR