Bank Of Baku

ARDNŞ iyun ayında Novorossiysk limanından neft ixracını 75% azaldıb

ARDNŞ iyun ayında Novorossiysk limanından neft ixracını 75% azaldıb
# 03 iyul 2010 11:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi cari ilin iyun ayında Novorossiysk limanından 167 997 ton xam neftin ixracını həyata keçirib. ARDNŞ-dən APA-ya verilən məlumata görə, may ayı ilə müqayisədə şimal istiqamətində ixrac olunan neftin həcmi 75,1% azalıb.

Cari ilin yanvar-iyun ayları ərzində isə Novorossiysk limanından 1 045 624 ton xam neft ixrac edilib. İyun ayında dünya bazarında Brent tipli xam neftin 1 barreli 74,85 dollara, Ural nefti – 74,37 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 barreli isə 76,04 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR