Bank Of Baku

ARDNŞ tələbələrə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib

ARDNŞ tələbələrə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib
# 03 iyul 2010 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Təqaüd Proqramı çərçivəsində ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edib. bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.

Təqaüd 2010-cu ilin iyul – 2011-ci ilin yanvar aylarını əhatə edir. Müsabiqədə müəyyən edilmiş ixtisaslar üzrə müvəffəqiyyətlə oxuyan tələbələr iştirak edə bilərlər. Qeyd edək ki, təqaüdün aylıq məbləği 70 manatdır. Müsabiqənin şərtlərilə www.socar.az/tehsil.html internet səhifəsində tanış olmaq mümkündür. Müsabiqəyə müraciət iyulun 1-dən 21-dək qeyd olunan internet saytı vasitəsi ilə onlayn rejimdə həyata keçirilir.

Xatırladaq ki, bir müddət əvvəl 2009-2010-cu tədris ilinin I semestrinin nəticələrinə görə 140 tələbə ARDNŞ təqaüdünə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR