Bank Of Baku

İyunda Kulevi terminalından göndərilən neftin həcmi artıb, qəbul edilən neftin həcmi isə azalıb

İyunda Kulevi terminalından göndərilən neftin həcmi artıb, qəbul edilən neftin həcmi isə azalıb
# 05 iyul 2010 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İyun ayı ərzində Gürcüstanın Meqreli regionunda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi «Qara dəniz terminalı» 393 500 ton həcmində neft və neft məhsulları qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayı ilə müqayisədə terminalın qəbul etdiyi neft və neft məhsullarının həcmi 16,8% azalıb.

Eyni zamanda terminaldan iyun ayında 440 min ton neft və neft məhsulları dünya bazarlarına göndərilib ki, bu da may ayına nisbətən 12,1% çoxdur.

Qeyd edək ki, Kulevi «Qara dəniz terminalı» Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını həyata keçirir. Öz fəaliyyətində beynəlxalq standartlara riayət etməsi terminala digər iri neft şirkətlərinin də maraq göstərməsinə səbəb olub və artıq Qazaxıstanın «TengizChevroil» şirkəti bu ilin mayından etibarən terminalla «Tengiz» yatağından hasil edilən xam neftin nəqlinə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR