Bank Of Baku

ARDNŞ və «BP-Azerbaijan» şirkəti arasında yeni saziş imzalanıb - FOTO

ARDNŞ və «BP-Azerbaijan» şirkəti arasında yeni saziş imzalanıb - <font color=red>FOTO</font>
# 06 iyul 2010 13:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu sənəd “Şəfəq” və “Asiman” dəniz blokları üçün Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) əsas kommersiya prinsiplərini müəyyən edir.

Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıblar.

Tədbirdə çıxış edən R.Abdullayev BP və ARDNŞ arasında mövcud əlaqələrdən danışıb və qeyd edib ki, tərəflər arasında müxtəlif layihələr çərçivəsində yüksək nailiyyətlər əldə olunub: «Ümid edirəm ki, yeni layihələr də uğurla icra olunacaq və yeni nailiyyətlər əldə olunacaq».

Tədbirdə çıxış edən T.Heyvord qeyd edib ki, BP şirkəti ARDNŞ ilə 1994-cü ildən – «Əsrin müqaviləsi» imzalanandan əməkdaşlıq edir: «Əvvəllər olduğu kimi, indi də biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik».

Qeyd edək ki, saziş 30 il müddətinə imzalanıb (daha 5 il uzatma şərti ilə). Sazişə əsasən «Şəfəq» və «Asiman» perspektiv strukturlarında 4 il müddətində (daha 3 il uzatma şərti ilə) iki quyu qazılacaq ki, BP və ARDNŞ burada hərəyə 50% payla çıxış edəcək. Buna baxmayaraq, bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürüb. Geoloqların fikrincə «Şəfəq» və «Asiman» perspektiv strukturlarındakı qaz ehtiyatları 300-500 mlrd. kubmetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR