Bank Of Baku

Rövnəq Abdullayev: “Azərbaycandan Rusiyaya qaz nəqlində fasilə olmayıb”

Rövnəq Abdullayev: “Azərbaycandan Rusiyaya qaz nəqlində fasilə olmayıb”
# 06 iyul 2010 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son vaxtlar Rusiya ərazisində qaz boru kəmərlərində baş verən partlayışlar Azərbaycandan Rusiyaya nəql olunan mavi yanacağın dayandırılmasına səbəb olmayıb.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan əsasən öz qazını Rusiyaya sərhəddə qədər nəql edir, orada mavi yanacaq Rusiya tərəfinə təhvil verilir: «Daha sonra Rusiyanın o qazı harada istifadə etməsi bizim üçün fərq etmir».

Qeyd edək ki, hazırda Azərbaycan Rusiyaya ildə 1 mlrd. kubmetr qaz ixrac edir. Cari ilin əvvəlindən Azərbaycan Rusiyaya 455 mln. kubmetr qaz ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR