Bank Of Baku

Misirin neft naziri Azərbaycanın sənaye və energetika naziri ilə görüşüb

Misirin neft naziri Azərbaycanın sənaye və energetika naziri ilə görüşüb
# 07 iyul 2010 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda səfərdə olan Misirin neft naziri Samih Fəhmi bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb.

«APA-Economics»in məlumatına görə, tədbirdə iki ölkənin mövcud əlaqələrindən danışan N.Əliyev həmçinin qeyd edib ki, Azərbaycan və Misir əsasən neft sahəsində əməkdaşlıq edir. Belə ki, hazırda Azərbaycanın xam nefti Misirdə emal olunaraq Afrika ölkələrinə göndərilir.

Hər iki ölkədə neft-qaz sahəsinin sürətlə inkişaf etdiyini bildirən N.Əliyev onu da qeyd edib ki, Misir və Azərbaycan arasında qarşılıqlı maraqlar mövcuddur: «Biz neft və qazın hasilatı, geoloji kəşfiyyat işlərinin aparılması, yeni texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlıq edə bilərik. Buna lazımi potensial və imkanlar mövcuddur».

Öz növbəsində S.Fəhmi qeyd edib ki, Misir və Azərbaycan neft-qaz sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirərək bu sahənin hər iki ölkədə inkişafını bir qədər də sürətləndirə bilər. Öz ölkəsinin neft-qaz infrastrukturundan danışan S.Fəhmi qeyd edib ki, son 5 il ərzində Misir neft hasilatını iki dəfə artırıb: «Mən Azərbaycanın neft-qaz sahəsinin son 5 il ərzində sürətlə inkişaf etdiyini də yüksək qiymətləndirirəm. Lakin hər iki ölkə bununla kifayətlənməməlidir. Təkcə ötən il Misirdə neft-qaz sahəsində 64 yeni tapıntı aşkar etmişik. Hazırda Misirdə 50 ölkənin neft və qaz sahəsində fəaliyyət göstərən şirkəti işləyir. Ümid edirəm ki, Azərbaycan da bu şirkətlər sırasına qoşulacaq».

Bundan başqa, S.Fəhmi bildirib ki, Azərbaycan və Misir neft sahəsində təhsil sektorunda da əməkdaşlıq edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR