Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri: “Azərbaycan və Misir neft-qaz sahəsində birgə müəssisə yarada bilər”

Azərbaycanın sənaye və energetika naziri: “Azərbaycan və Misir neft-qaz sahəsində birgə müəssisə yarada bilər”
# 07 iyul 2010 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Misir neft-qaz sahəsində kəşfiyyat və hasilat işlərinin aparılmasına dair birgə müəssisə yarada bilər.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, birgə müəssisənin yaradılması asan məsələ deyil. Belə ki, müəssisənin işləməsi üçün məlumatlar əsasında qərarlar qəbul olunmalıdır: Həm kəşfiyyat, həm də hasilat haqqında hər hansı qərar böyük investisiyalarla əlaqələndirilir və çox mühüm məsələdir. Hansısa əlverişli yataq olsa və bunun ehtiyatları bu investisiyalara uyğun gələrsə, bu işlərə girişmək olar. Belə ki, Azərbaycanın xaricdə də işlər aparılması üçün imkanları mövcuddur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR