Bank Of Baku

Misirin neft naziri ARDNŞ prezidenti ilə görüşüb

Misirin neft naziri ARDNŞ prezidenti ilə görüşüb
# 07 iyul 2010 15:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Misirin neft naziri Amin Samih Fəhminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev iki ölkənin səmimi dostluq və əməkdaşlıq münasibətlərinin yüksək sürətlə inkişaf etdiyini bildirib, Azərbaycan və Misirin neft sahəsindəki əlaqələrindən danışıb. ARDNŞ prezidenti qarşılıqlı maraq doğuran səfərlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə görüşlər gələcək əməkdaşlığın daha yüksək səviyyədə qurulmasına geniş imkanlar açır: «İki dövlət neft və qazın hasilatı, geoloji kəşfiyyat işlərinin aparılması və digər sahələrdə əməkdaşlıq edə bilər. Bunun üçün lazımi potensial və imkanlar mövcuddur».

ARDNŞ-in «SOCAR Trading» şirkətinin qısa zamanda Misirdə həyata keçirdiyi layihələrdən danışan R.Abdullayev qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün işçi qrupunun yaradılmasını əhəmiyyətli sayıb.

S.Fəhmi isə Azərbaycanın neft sənayesinin qədim tarixə malik olduğunu, bu səfərin Azərbaycanla əlaqələrin genişləndirilməsində bir yol xəritəsi funksiyasını yerinə yetirəcəyini bildirib. Öz ölkəsinin neft-qaz infrastrukturundan danışan S.Fəhmi son 5 il ərzində Misirin neft hasilatını iki dəfə artırdığını və Azərbaycanın neft-qaz sənayesinin sürətlə inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, təkcə ötən il Misirdə neft-qaz sahəsində 64 yeni yataq aşkar edilib. Hazırda Misirdə 50 ölkənin neft və qaz sahəsində fəaliyyət göstərən şirkətinin işlədiyini qeyd edən S.Fəhmi Azərbaycan şirkətlərinin yaxın gələcəkdə bu sıraya qoşulacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR