Bank Of Baku

Ağdaş rayonunun Qəribli kəndində 163 abonentə təbii qazın verilməsi bərpa olunub

Ağdaş rayonunun Qəribli kəndində 163 abonentə təbii qazın verilməsi bərpa olunub
# 07 iyul 2010 15:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi respublikanın bütün regionlarında olduğu kimi, Ağdaşın qaz təchizatının yaxşılaşdırılması istiqamətində də nailiyyətlər əldə edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Ağdaşın Nəsimi küçəsində 492 metrlik, N.Nərimanov küçəsində 168 metrlik, S.Səlimoğlu küçəsində isə 592 metrlik əlaqələndirici qaz xətti çəkilib, hər küçədə 1 qaztənzimləyici şkaf quraşdırılıb. Ağdaşın Ə.Bayramov küçəsinə isə 112 metr uzunluğunda yerüstü qaz xətti çəkilib. Eyni zamanda, şəhərin Babək küçəsinə 592 metrlik paylayıcı qaz xətti çəkilib, M.İsayev küçəsi boyunca S.Vurğun küçəsinə kimi uzunluğu 4500 metr olan plastik borularla yeni qaz xəttinin çəkilişinə başlanıb.

Şəhərin Heydər Əliyev prospektinə gələn daşıyıcı qaz kəmərinin 70 metrlik yararsız hissəsi dəyişdirilərək yenidən çəkilib, şəhərin 42-cı məhəlləsində (yeni massiv) isə qaz xətlərinin çəkilişinə başlanılıb. Yaxın günlərdə isə şəhərin Y.Nəbiyev və 20 Yanvar küçələrinin qaz xətlərinin çəkilişinə başlanacaq. Rayonun Ləki qəsəbəsinə də qaz xətti çəkilib, istismara yararsız hala düşmüş daşıyıcı qaz kəməri dəyişdirilərək uzunluğu 3753 metr olan plastik boru xətti ilə əvəz edilib.

Görülən işlər nəticəsində təhlükəsizliyin təmin olunması məqsədi ilə şəhərin M.İsayev küçəsində yerləşən Ağdaş Humanitar Kollecinə məxsus yataqxanada məskunlaşmış məcburi qaçqın və köçkünlərin yaşadığı binanın daxili qaz xətləri pilləkən qəfəslərinə çıxarılıb. Ağdaş rayonunun ucqar kəndlərindən olan Qəriblidə 163 abonentə təbii qazın verilməsi də bərpa olunub.

Ümumiyyətlə, rayonun qaz təsərrüfatında aparılan təmir-bərpa və yenidənqurma işləri ilə yanaşı, mənzillərdə quraşdırılmış qaz sayğaclarının küçə xətlərinə çıxarılmasına da başlanılıb. Artıq bu günə kimi 1350 ədəd qaz sayğacı mənzillərdən kənara çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR