Bank Of Baku

Azərbaycan xaricdə neft hasilatı ilə məşğul olacaq

Azərbaycan xaricdə neft hasilatı ilə məşğul olacaq
# 11 noyabr 2011 13:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

ARDNŞ-in Norveç şirkəti ilə çoxdan əməkdaşlıq etdiyini bildirən ARDNŞ rəhbəri qeyd edib ki, neft şirkətinin strukturunun yenidən qurulmasında da «Statoil»un təcrübəsindən istifadə olunub.

Noyabrın 10-da «Statoil» şirkətinin rəhbəri ilə Bakıda keçirilən görüş barədə məlumat verən R.Abdullayev bildirib ki, ARDNŞ «Statoil»la dünyanın müxtəlif bölgələrində əməkdaşlıq etmək niyyətindədir: «Statoil»un Şimal dənizində layihələri var, bizim də müəyyən layihələrimiz var. Biz bununla bağlı yeni iş birliyi yaratmaq üçün müzakirələr aparırıq».

R.Abdullayev bildirib ki, hazırda ARDNŞ müxtəlif ölkələrdə - Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya və s. işləyir: «Bunlar əsasən satışla əlaqədar olan işlərdir. İndi isə biz qərara gəlmişik ki, başqa ölkələrdə, dünyanın digər regionlarında hasilatla da məşğul olaq və indi bununla bağlı işlər aparılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR