Bank Of Baku

Azərbaycanda inşa olunan yeni neft-kimya kompleksi 13-15 mlrd. dollara başa gələcək

Azərbaycanda inşa olunan yeni neft-kimya kompleksi 13-15 mlrd. dollara başa gələcək
# 11 noyabr 2011 13:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qaradağ rayonu ərazisində tikiləcək yeni neft-qaz kimya kompleksi 13-15 mlrd. dollara başa gələcək. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, kompleksin inşası ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması artıq başa çatıb: «Bu sənədə əsasən kompleksin 13-15 mlrd. dollara başa gəlməsi gözlənilir, amma real xərclər buna nisbətən 30% çox və ya az ola bilər».

ARDNŞ prezidenti kompleksin tikintisinin 5-7 il davam edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR