Bank Of Baku

Neft nəqli sahəsində əməkdaşlıq haqqında Azərbaycanla-Ukrayna sazişi Ali Radaya təqdim olunub

Neft nəqli sahəsində əməkdaşlıq haqqında Azərbaycanla-Ukrayna sazişi Ali Radaya təqdim olunub
# 11 noyabr 2011 15:09 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Ukrayna Nazirlər Kabineti neft nəqli sahəsində əməkdaşlıq haqqında Azərbaycanla imzalanmış sazişi ratifikasiya edilməsi üçün Ali Radaya təqdim edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sazişin təsdiq edilməsi haqqında qanun layihəsi artıq parlamentdə qeydə alınıb.

Saziş Azərbaycan neftinin Ukrayna ərazisindən nəqlinin əsas prinsiplərini və tərəflərin hökumətlərarası səviyyədə əməkdaşlığının əsaslarını müəyyən edir, tərəflərin rəhbər şəxslər səviyyəsində müqavilə münasibətlərinin formalaşdırılması üçün hüquqi əsas yaradır.

Ukrayna hökuməti ümid edir ki, müqavilənin həyata keçirilməsi onun aparıcı tranzit ölkə kimi mövqeyinin güclənməsinə səbəb olacaq. Azərbaycan nefti Xəzər regionundan Avropaya yanacaq nəql etmək üçün on il əvvəl tikilmiş “Odessa-Brodı” boru kəməri ilə ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR