Bank Of Baku

ARDNŞ son bir ildə qazma işlərini 13% artırıb

ARDNŞ son bir ildə qazma işlərini 13% artırıb
# 12 noyabr 2011 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ - müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 13 862 metr qazma işi həyata keçirib ki, əvvəlki aya nisbətən qazma işləri 6,7% azalıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayında bu sahədə görülmüş işlərin 11 137 metri istismara, 2 725 metri isə kəşfiyyata aid olub.

Həyata keçirilmiş kəşfiyyat qazmasının 350 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ üzrə 132 816 metr qazma işi görülüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,3% çoxdur. Hesabat dövründə qazma işlərinin 120 637 metri istismara, 12 179 metri isə kəşfiyyata (o cümlədən, 2 250 metr struktur axtarış qazması) aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR