Bank Of Baku

İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri Azərbaycana gəlib

İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat naziri Azərbaycana gəlib
# 14 noyabr 2011 06:59 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. İsveçrənin enerji, ətraf mühit, rabitə və nəqliyyat üzrə federal naziri Doris Lyutardın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya İsveçrənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinin prezident İlham Əliyev və sənaye və energetika naziri Natiq Əliyevlə görüşləri nəzərdə tutulub. Səfər iki ölkə arasında 2007-ci ildə imzalanmış enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Səfərin əsas məqsədi İsveçrənin EGL, Norveçin «Statoil» və Almaniyanın «E.ON» və «Ruhrgas» qaz şirkətlərinin iştirak etdiyi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə dəstək verməkdir. TAP Azərbaycandan Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə ildə 10 mlrd. kubmetr həcmində təbii qazın İtaliyaya nəqlini nəzərdə tutur. Kəmərin 2017-ci ildə istismara verilməsi planlaşdırılır.

Bakıda keçiriləcək görüşlər zamanı həmçinin bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində iki ölkənin müştərək işləyə biləcəyi istiqamətlər barədə müzakirələr aparılacaq. İsveçrə nümayəndə heyətinin Azərbaycana səfəri bu gün başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR