Bank Of Baku

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 15% artırıb

Azərbaycan oktyabrda elektrik enerjisi istehsalını 15% artırıb
# 14 noyabr 2011 09:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Oktyabr ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. «Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, istehsal olunan enerjinin 1,3 mlrd. kVt/saatdan artığı istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatı su elektrik stansiyaları (SES) payına düşüb. Oktyabr ayında elektrik enerjisi istehsalı bu ilin sentyabrı ilə müqayisədə 15,4%, ötən ilin oktyabrı ilə müqayisədə isə 7% artıb. Oktyabr ayında Rusiya, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə enerji sistemində 16 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 13,6 mlrd. kVt/saatdan çoxu İES-lərin, 2,4 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə enerji istehsalı 5,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR