Bank Of Baku

Bakıda alternativ enerjiyə həsr olunmuş seminar keçirilir

Bakıda alternativ enerjiyə həsr olunmuş seminar keçirilir
# 15 noyabr 2011 07:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda «Alternativ və bərpa olunan enerjinin Azərbaycanda və Koreyada inkişafı» mövzusunda seminar keçirilir. Azərbaycan Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi (ABEMDA) və Koreya hökumətinin Azərbaycanda səfirliyinin təşkilatçılığı ilə keçirilən seminarın məqsədi iştirakçıları hər iki ölkədə alternativ və bərpa olunan enerji sahəsində dövlət siyasəti, yeni texnologiyalar və həmin sahədə biznes imkanları ilə tanış etməklə yanaşı, iki ölkənin təcrübə və informasiya mübadiləsinə təkan verməkdir.

«APA-Economics»in məlumatına görə, seminarda Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin rəhbərliyi, Koreya Xarici İşlər və Alqı-satqı Nazirliyinin rəhbərliyi, Koreyadan bir sıra korporasiyaların nümayəndələri tərəfindən hazırlanmış mühazirələr səslənəcək.

Seminarın sonunda iştirakçılar Qobustan qəsəbəsində tikilmiş Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin günəş, külək və biokütlə enerji mənbələri üzrə hibrid poliqonuna səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR