Bank Of Baku

Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 16 noyabr 2011 09:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda “Xəzər enerjisinin Avropa perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

«APA-Economics»in məlumatına görə, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd iqtisadi və siyasi məsələlər daxil olmaqla Avropa-Xəzər dənizi enerji layihələrinin inkişafına kompleks nəzər yetirmək, regionda Azərbaycanın mövqeyini təhlil etməkdir.

Konfransda Cənub-Şərqi Avropa regionunun enerji təminatı, Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq məsələləri, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə Fransanın beynəlxalq münasibətlər İnstitutunun icraçı vitse-prezidenti Dominik David, İFRİ-nin enerji mərkəzinin baş müşaviri Uilyam Ramsey, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun prezidenti Qul Luft və başqaları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR