Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu 2012-ci il üçün xərclərinin əsas istiqamətlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu 2012-ci il üçün xərclərinin əsas istiqamətlərini açıqlayıb
# 16 noyabr 2011 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 9,905 mlrd. manat həcmində transfer proqnozlaşdırılır. APA-nın məlumatına görə, bunu Milli Məclisin komitələrinin birgə iclasında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ümumilikdə, ARDNF-in 2012-ci il üzrə xərclərinin 10,482 mlrd. manat proqnozlaşdırıldığını deyən Ş. Mövsümov bildirib ki, növbəti ildə Fonddan qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 110 mln. manat, Samur-Abşeron suvarma sisteminə 200 mln. manat, Bakı-Tiflis-Qars layihəsinə 252 mln. manat, Azərbaycan gənclərinin xaricdə təhsilinin maliyyələşməsinə 15 mln. manat ayrılacaq.

Ş.Mövsümov ARDNF-ə indiyədək 64 mlrd. ABŞ dolları həcmində vəsaitin daxil olduğunu və hazırda Fondun cari aktivlərinin 34 mlrd. dollar təşkil etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR