Bank Of Baku

Xəzərdəki «Qərbi Azəri» platforması profilaktikaya dayandırılıb

Xəzərdəki «Qərbi Azəri» platforması profilaktikaya dayandırılıb
# 16 noyabr 2011 10:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun istismarı layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkəti 2011-ci ilin iş proqramına əsasən, «Azəri» yatağındakı platformalarda profilaktika işlərini davam etdirir. Bu gündən «Azəri» yatağındakı «Qərbi-Azəri» platformasının işi dayandırılıb. «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, platformada hasilat işləri noyabrın sonunadək dayandırılıb. Xatırladaq ki, bu platformadan gündəlik hasilat 213 min barel neft təşkil edir.

Xatırladaq ki, profilaktika işlərinə oktyabrın 20-dən başlanıb və bu proqrama uyğun olaraq «Azəri» yatağındakı platformalarının hər biri növbə ilə təqribən 10-15 gün çəkməklə dayandırılacaq. Ümumiyyətlə, 5 həftə davam edəcək bu işlər çərçivəsində görüləcək işlər əsasən ümumi mexaniki, avadanlıq və platformaya nəzarət sistemi ilə bağlı işlərdir.

Profilaktika işləri zamanı «Azəri-Çıraq-Günəşli» yataqlarındakı digər platformalar – «Çıraq» və «Günəşli», həmçinin «Şahdəniz» yatağındakı platformadan hasilat normal davam edəcək. Eləcə də, Səngəçal terminalı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Cənubi Qafqaz boru kəmərləri vasitəsilə ixrac əməliyyatları da normal davam edəcək. Lakin onların iş rejimi «Azəri» platformalarının profilaktik işlər proqramına uyğunlaşdırılacaq. Başqa sözlə, həmin müddət ərzində BTC ilə neft ixracının həcmi adi rejimə nisbətən azalacaq.

Ceyhandan tankerlərin yola salınması da bu profilaktik işlər proqramına uyğun olaraq nisbətən azaldılmış rejimlə davam edəcək.

Bu işlər ilin əvvəlindən təsdiqlənmiş iş proqramına əsasən həyata keçirilir. Xatırladaq ki, eyni tipli profilaktik işlər proqramı bu ilin iyul ayında «Çıraq» platformasında, avqustda isə «Şahdəniz» platformasında həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR