Bank Of Baku

“Azəriqaz”a qarşı 156 min 391 manat məbləğində borc iddiası qaldırılıb

“Azəriqaz”a qarşı 156 min 391 manat məbləğində borc iddiası qaldırılıb
# 16 noyabr 2011 13:56 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Xətai” Tikinti Mexanizasiya ASC Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyini (İB) məhkəməyə verib. APA-nın xəbərinə görə, ASC İstehsalat Birliyinə qarşı borcun ödənilməsi iddiası ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə həmin iddianı təmin etməyib. Bundan sonra ASC apellyasiya şikayəti verib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, ASC-nin iddiasında İB-nin 89 min 159 manat əsas borcunun, 67 min 232 manat cərimə faizinin, cəmi 156 min 391 manat məbləğində borcunun olduğu qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR