Bank Of Baku

Şimali Koreya Rusiya qazının Cənubi Koreyaya tranzitindən ildə 100 mln. dollar qazanacaq

Şimali Koreya Rusiya qazının Cənubi Koreyaya tranzitindən ildə 100 mln. dollar qazanacaq
# 17 noyabr 2011 08:54 (UTC +04:00)
Bakı - APA-Economics. Şimali Koreya Rusiya qazının Cənubi Koreyaya tranzitindən hər il 100 mln. dollar qazanc əldə edə bilər. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Viktor İşayev bildirib.

V.İşayev qeyd edib ki, ÜDM-i 10 mlrd. dollar olan Şimali Koreya üçün bu böyük vəsaitdir: “Şimali Koreya əziyyət çəkmədən bu vəsaiti əldə edə bilər”.

Qeyd edək ki, Rusiya və Cənubi Koreya sözügedən qaz kəmərinin tikintisi ilə bağlı bir neçə ildir danışıqlar aparır. Kəmərin uzunluğu 1100 km olacaq ki, bunun da 700 km-i Şimali Koreya ərazisindən keçəcək. İl ərzində kəmərlə 20 mlrd. kubmetr qazın nəql olunması planlaşdırılır. Hazırda isə Rusiyadan Cənubi Koreyaya ildə 1,5 mln. ton (2 mlrd. kubmetr) maye qaz nəql olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR