Bank Of Baku

ARDNŞ: Azərbaycan “Cənub enerji dəhlizi”nin yaradılması üçün bütün imkanlarını təqdim edəcək

ARDNŞ: Azərbaycan “Cənub enerji dəhlizi”nin yaradılması üçün bütün imkanlarını təqdim edəcək
# 17 noyabr 2011 10:41 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Aşqabadda “Müstəqilliyin 20 ili ərzində Türkmənistanın neft-qaz sənayesinin inkişafı və beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən XVI elmi konfransda çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, ixrac imkanlarının diversifikasiyası və çoxvariantlılığının təmin olunmasında Azərbaycan və Türkmənistan oxşar mövqelərdən çıxış edirlər: “Bu məsələlərin həlli üçün “Cənub dəhlizi”nin yaradılması, Xəzər dənizi vasitəsilə kəmərin tikintisi böyük maraq kəsb edir. Təbii ki, biz bu layihəni dəstəkləyirik və Azərbaycan onun gerçəkləşməsi üçün öz ərazisini, bütün tranzit imkanlarını, infrastrukturunu təqdim edəcək”.

T.Qəhrəmanov qeyd edib ki, bütün bunlar detallı müzakirələr tələb edir və Avropa Komissiyası da bu məsələlərlə məşğul olur.

Qeyd edək ki, enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Avropanın enerji təhlükəsizliyini artıracaq “Cənub dəhlizi” layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. “Cənub dəhlizi” layihəsinə “Nabucco” qaz kəməri, Transadriatik qaz kəməri (TAP), “Ağ axın”, ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR