Bank Of Baku

“Shell” şirkəti İraq kürdləri ilə separatçı saziş imzalamaqdan imtina edib

“Shell” şirkəti İraq kürdləri ilə separatçı saziş imzalamaqdan imtina edib
# 17 noyabr 2011 13:58 (UTC +04:00)
Bakı - APA-Economics. “Shell” şirkəti İraqın Kürdüstan muxtariyyəti ilə neft-qaz müqavilələrinin bağlanmasına dair apardığı danışıqları dayandırıb.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, buna səbəb İraq hökuməti ilə bundan əvvəl bağlanmış irihəcmli sazişin ləğv edilməsi ehtimalıdır.

Hollandiya-Britaniya şirkəti olan “Shell”in ehtiyat etməsinə səbəb İraq hökuməti ilə 17 mlrd. dollarlıq qaz sövdələşməsinin hələ başa çatmamasıdır. Maraqlıdır ki, “Shell” Kürdüstan muxtariyyəti ilə saziş imzalayan ABŞ-ın “ExxonMobil” şirkətinin ünvanına İraq hökuməti təhdidlər səsləndirdikdən sonra danışıqlardan çıxıb. Rəsmi Bağdad bəyan edib ki, muxtariyyət hökuməti ilə əməkdaşlıq edən şirkətlərlə müqavilələrə yenidən baxılacaq.

Qeyd edək ki, bu həftə İraq hökuməti “Shell” və “Mitsubishi” şirkətləri ilə birgə müəssisə yaradılması haqqında layihəni bəyənib. Səmt qazının utilizasiyası ilə məşğul olacaq müəssisənin 51%-i İraq dövlətinə, 44%-i “Shell”ə, 5%-i isə “Mitsubishi”yə məxsus olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR