Bank Of Baku

Azərbaycanın sənaye sektorunda istehsal 4% azalıb

Azərbaycanın sənaye sektorunda istehsal 4% azalıb
# 17 noyabr 2011 14:46 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 77,7%-i mədənçıxarma, 17,3%-i emal, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Emal bölməsində qida məhsulları istehsalı 6,9%, içki istehsalı 18,2%, geyim istehsalı 57,4%, ağac emalı və ağacdan məmulatlar istehsalı 17,8%, poliqrafiya məhsulları istehsalı 2%, neft məhsulları istehsalı 2,5%, kimya sənayesi məhsulları istehsalı 36%, rezin və plastik kütlə məmulatları istehsalı 24,5%, tikinti materialları istehsalı 2%, metallurgiya sənayesi məhsulları istehsalı 86,2%, kompüter və digər elektron avadanlıqları istehsalı 30,7%, maşın və avadanlıqlar istehsalı 18,2%, avtomobil və qoşquların istehsalı 12,3%, sair nəqliyyat vasitələri istehsalı 2%, mebel istehsalı 10,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri 60,8% artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində ötən ildə olduğundan 5,4% çox və ya 15,3 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.

Sənaye müəssisələrinin anbarlarında 241 mln. manatlıq hazır məhsul olub və ötən ayla müqayisədə 39,1 mln. manat azalıb.

Sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 9,8% artıb, neft sektorunda isə 7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR