Bank Of Baku

«Caspian Energy» brendi təxminən 35-50 mln. avro dəyərində qiymətləndirilir

«Caspian Energy» brendi təxminən 35-50 mln. avro dəyərində qiymətləndirilir
# 18 noyabr 2011 10:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Xəzər Enerji Beynəlxalq Media Qrupu (Caspian Energy International Media Group) «Caspian Energy» brendinin qiymətləndirilməsi və «Caspian Energy» brendinin sərgi və konfranslar, çap və elektron KİV-lər, hotel və biznes mərkəzləri, təhsil müəssisələri, biznes birlikləri və s. adlarında Azərbaycanda və daha 49 ölkənin ərazisində icazəsiz istifadənin qarşısını alınması məsələləri ilə məşğul olacaq aparıcı beynəlxalq hüquq şirkəti ilə məsləhətləşmələr keçirir. Qrupdan «APA-Economics»ə verilən məlumata görə, «Caspian Energy» brendinin digər şəxslər tərəfindən istifadəsi yalnız «Caspian Energy» jurnalının (Azərbaycan) redaksiyası və «Caspian Energy International Media Group» (Böyük Britaniya) tərəfindən verilən yazılı icazədən sonra istifadə oluna bilər.

Həmçinin bu qurumlara məxsus olan digər brendlərin icazəsiz istifadənin qarşısının alınması ilə bağlı işlər aparılır. Onların arasında «Oil&Gas Azerbaijan», «Alternative Energy», «CEO», «Brand Award», «First Class», «Auto Club», «Caspian-European Integration Business Club», «Caspian-European Trade Industry Chamber», «Caspian-European Forum» və s. var.

Məlumatda deyilir ki, «Caspian Energy» brendi beynəlxalq hüquq şirkəti tərəfindən qiymətləndirildikdən sonra, «Caspian Energy International Media Group»da iştirak payının satış şərtləri haqqında elan ediləcək. İlkin qiymətləndirilməyə əsasən, «Caspian Energy» brendi 35-50 mln. avro dəyərində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR