Bank Of Baku

Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə nəql edilən neft həcmini artıra bilər

Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə nəql edilən neft həcmini artıra bilər
# 18 noyabr 2011 11:59 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Azərbaycan və Rusiya Bakı-Novorossiysk boru xətti ilə nəql edilən neft həcminin artırılmasının mümkünlüyü ilə bağlı danışıqlar aparır. “APA-Economics”in “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

“1996-cı ildə imzaladığımız bu sənədin bəzi maddələrini yenidən nəzərdən keçirmək məqsədilə “Transneft” və Energetika Nazirliyi ilə danışıqlar aparırıq. Yeni hədəflər müəyyən ediləcək və zənnimcə, nəql həcmi artırılacaq. Düşünürəm ki, bu, ildə 5 mln. tondan az olmayacaq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, 1996-cı ildə imzalanmış sazişə əsasən, Azərbaycan tərəfi hər il Bakı-Novorossiysk xətti ilə ildə 5 mln. ton neft nəql etməlidir. Lakin Rusiya tərəfi iddia edir ki, Azərbaycan göstərilən həcmdən təqribən iki dəfə az neft ixrac edir. Nəticədə boru tam gücü ilə işləmir və Rusiya müəyyən maliyyə itkiləri ilə üzləşir. Cari ilin avqust ayında Rusiya ərazisi ilə nəqldən məsul “Transneft” şirkəti ikitərəfli sazişin şərtlərinə yenidən baxılması təşəbbüsü ilə çıxış edib. Bildirildiyinə görə, indi Azərbaycan tərəfi ya nəql həcmini artırmalı, ya da boş qalan nəql kvotasının başqa şirkətlərə verilməsinə razı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR