Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu məcmu gəlirlərin 53%-ni yığıma yönəldib

Azərbaycan Dövlət Neft Fondu məcmu gəlirlərin 53%-ni yığıma yönəldib
# 18 noyabr 2011 14:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Fonddan Milli Büdcə Qrupunun (MBQ) açıqladığı məlumata münasibət bildirərkən məlumat verilib.

Qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsi ilə bağlı MBQ-nin rəyində deyilir ki, gələn il Dövlət Neft Fondunun gəlirlərinin 98%-i istifadə olunacaq və bu fondun gəlirlərinin uzunmüddətli istifadə prinsiplərinə ziddir: «Belə ki, 2004-cü ildə təsdiqlənmiş Neft və qaz gəlirlərinin idarə olunması üzrə Strategiyaya əsasən, fondun daxilolmalarının azı 25%-i yığıma yönəldilməlidir».

ARDNF-in açıqlamasında isə bildirilir ki, yaranandan indiyədək vəsaitlərin toplanması və yığımı Fondun strateji məqsədi və həyata keçirdiyi ən əsas vəzifələrindən biridir. Belə ki, 2006-cı il istisna olmaqla, qeyd edilən illər ərzində Fondun daxilolmalarının əhəmiyyətli hissəsi - 25%-dən çoxu yığıma yönəldilib (qrafik).

Qrafikə əsasən, 2001-ci ildə fondun gəlirlərinin 99,7%-i, 2002-ci ildə 69,3%-i, 2003-cü ildə 33,7%-i, 2004-cü ildə 45,9%-i, 2005-ci ildə 61%-i, 2006-cı ildə 5,4%-i, 2007-ci ildə 46,7%-i, 2008-ci ildə 60,2%-i, 2009-cu ildə 36,2%ci, 2010-cu ildə 48,2%-i, 2011-ci ildə isə 60,8%-i yığıma yönəldilib.

Fonddan bildirilib ki, 2001-2011-ci illər ərzində (15 noyabr 2011-ci il tarixinə) ARDNF-in daxilolmaları 63,8 mlrd. ABŞ dolları təşkil edib. Bunun 33,7 mlrd. dolları və ya 52,8%-i yığıma yönəldilib. Eyni zamanda, bu dövr ərzində Fondun daxilolmalarının 1,4 mlrd. dolları və ya 2,2%-i vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR