Bank Of Baku

Türkmənistan XİN: «Qazprom»un bəyanatları qeyri-korrektdir

Türkmənistan XİN: «Qazprom»un bəyanatları qeyri-korrektdir
# 19 noyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Türkmənistan Xarici İşlər Nazirliyi Rusiyanın «Rossiya» telekanalında efirə getmiş «Qazprom»un İdarə Heyətinin sədr müavini A.İ.Medvedevin müsahibəsində Türkmənistanda iri qaz ehtiyatlarının mövcudluğuna şəbhə ilə yanaşmasına rəsmi münasibət bildirib. «APA-Economics»in məlumatına görə, Türkmənistan XİN bəyan edir ki, «Qazprom» nümayəndəsinin bu cür bəyanatları enerji sahəsində əməkdaşlıq edən tərəflərə qarşı qeyri-korrekt xarakteri daşıyır və hörmətsizlikdir.

Bu bəyanatla əlaqədar Türkmənistan tərəfi bildirir ki, 2011-ci il oktyabrın 11-də Aşqabadda Böyük Britaniyanın «Gaffney, Cline & Associates» şirkəti Türkmənistanın ən iri qaz yataqlarının («Cənubi Yoloten-Osman», «Minar» və «Yaşlar») ehtiyatlarının müstəqil auditinin ikinci mərhələsinin təqdimatını keçirib. Audit nəticəsində müəyyənləşib ki, bu yataqların ümumi ehtiyatları 26,2 trln. kubmetr həcmində təsdiqlənib. Bununla belə «Gaffney, Cline & Associates» şirkətinin nümayəndələri qeyd ediblər ki, bu göstərici artım istiqamətində dəyişə bilər, çünki «Cənubi Yoloten-Osman» yatağının şimal-qərb, cənub-şərq və qərb sərhədləri hələ tam müəyyən olunmayıb. Qeyd edilir ki, Türkmənistan prezidentinin 2011-ci il noyabrın 18-də imzaladığı fərmanla bu yataqlar artıq «Qalkınış» yatağı kimi adlanır.

Bunları nəzərə alaraq, Türkmənistan XİN A.İ.Medvedevin bəyanatlarını Türkmənistanın təbii resurs potensialı, xüsusən də qaz ehtiyatları üzrə real vəziyyətin təhrif edilməsi üzrə növbəti uğursuz cəhd kimi qiymətləndirir. Bu da son zamanlar Türkmənistanın müstəqil enerji siyasətinə Rusiya KİV-in hücumları fonunda baş verir.

Bununla əlaqədar Türkmənistan tərəfi vurğulayır ki, Türkmənistan öz milli maraqlarını rəhbər tutaraq gələcəkdə də bütün maraqlı olan tərəflərlə qarşılıqlı hörmət, bərabər hüquqlu tərəfdaşlıq və dünya bazarlarına öz enerji daşıyıcılarının çatdırılması marşrutlarını diversifikasiya prinsipləri əsasında əməkdaşlıq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR