Bank Of Baku

Gürcüstanda daha bir «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda daha bir «SOCAR» yanacaqdoldurma məntəqəsi açılıb
# 21 noyabr 2011 12:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Noyabrın 21-də «SOCAR Georgia Petroleum» MMC Gürcüstan ərazisində «SOCAR» brendli daha bir yeni yanacaqdoldurma məntəqəsini işə salıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ – təsisçi) «APA-Economics»ə verilən məlumata görə, yeni YDM Tbilisi-Batumi avtomagistralı üzərində, Qori şəhərinin yaxınlığında yerləşən Urbnisi qəsəbəsində istifadəyə verilib. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov, habelə yerli icra hakimiyyətinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Bu, Gürcüstanda fəaliyyət göstərən «SOCAR» brendli 81-ci YDM-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR